Akkord
(ital. accordo; fr. accord – uyğunluq, ahəng, uzlaşma;
lat. accordo – müvafiqət);
(ad– ilə, üçün, doğru + cor – ürək);
başqa fərziyyəyə görə: cor – ürək
sözündən yox, yun. chorde – sim sözündən)–
müxtəlif yüksəklikdə yerləşən
və müxtəlif adlı bir neçə səsin (üçdən
az olmayaraq) eyni vaxtda səslənməsindən yaranan
həmahənglik.
A.-lar tərkibindəki səslərin miqdarına və
interval münasibətinə görə
fərqlənir.
A.-lar daha çox tersiya quruluşlu olur, yəni tersiya
münasibətində yerləşən səslərdən
əmələ gəlir (məs., do, mi, sol; si, re, fa–diyez,
lya; sol, si–bemol, re, fa, lya və s.) .
Tersiya quruluşlu A. üçsəsli, septakkord, nonakkord və s. növlərə bölünür
və quruluşuna, şəklinə, yerləşməsinə,
melodik vəziyyətinə, harmonik funksiyasına və bir sıra
digər əlamətlərinə görə fərqlənirlər.
Tersiya quruluşlu A. major–minor lad sisteminə əsaslanan harmoniyanın
özəyidir. Tersiya quruluşlu A. – dan akkordikada bəhs olunur.