Ariya
(ital. aria – hava, təranə)
– 1. Operanın və ya iri həcmli vokal-instrumental
əsərin tərkibində müğənni tərəfindən
orkestrın müşayiəti ilə ifa olunan, quruluşuna
görə bitkin, geniş oxuma tərzli vokal əsər
növü.
Adətən A.-dan əvvəl orkestr girişi və reçitativ səslənir.
A.-nın müxtəlif növləri var: arietta, ariozo, kavatina, kabaletta və s.
2.Opera A.-sı tipli solist müğənni üçün
nəzərdə tutulmuş konsert pyesi.
3. Ahəngli melodiyaya malik instrumental pyesin adı.
- Üzeyir
Hacıbəyov. "Koroğlu". Nigarın ariyası.
- Koroğlunun ariyası.