Orkestr
(yunan. orchestra)
– Qədim Yunanıstanda teatr tamaşaları zamanı
xorun səhnə qarşısındakı
yerini bildirən anlayış. Zaman keçdikcə mənasını
dəyişmişdir. 1. Müxtəlif alətlərdə
çalan musiqiçilər
kollektivi; musiqi
əsərini birlikdə ifa edirlər.
2. Orkestrin növləri tərkibinə daxil olan alətlər qrupuna, ifaçıların
sayına görə fərqlənir: simfonik orkestr (birər tərkibli, ikiqat
tərkibli, üçqat
tərkibli), kamera
orkestri, simli
orkestr, nəfəs
alətləri orkestri, estrada
orkestri, xalq
çalğı alətləri orkestri .
3. Teatrda sənhənin qarşısındakı çökəklikdə
orkestrin oturduğu yer.