Nəfir


– 1. Hümayun dəstgahında mureh ilə camədəran arasında bulunan muğam şöbəsi;

2. qaramal buynuzundan hazırlanan üfləmə musiqi aləti. Müştüyü zurna müştüyü kimi ikiqat nazik yonulmuş qarğıdan hazırlanır. Gövdəsində heç bir dəlik olmadığına görə gövdə daxilində havanın ehtizaz tezliyi dəyişilmir. Odur ki, nəfir musiqi aləti səsin nisbi ucalığından, demək olar ki, tamamilə məhrumdur.

Nəfir keçmişdə meşəyə ova çıxanların ya da bir şəhərdən başqa şəhərə piyada getməli olan və yolu meşədən keçən səyyahların (xüsusən dərvişlərin) çox istifadə etdikləri (meşə yırtıcı heyvanlarını qorxutmaq üçün) musiqi aləti.