Humayun
(hümayun)
– 1. Yaxın Şərq xalqları musiqisinin 24 əsas
muğam şöbəsindən biri;
2. XIX əsr Azərbaycan musiqisində rəhavi (rahab) dəstgahında rahab
ilə tərkib arasındakı şöbə;
3. hümayun, fili, Şüştər, tərkib, bidad, Məsnəvi, üzzal şöbələrindən
ibarət dəstgah;
4. İran mus-də: çəkavək, bəxtiyari, moalif, Leyli və Məcnun, tərz, bidad, ney-Davud, guşeyi-çahargah, məvaliyan, əbül-çəp, bavi, suzi-güdaz, mureh, nəfir (nəfir-fərəng), şüştəri,
camədəran, üşşaq, üzzal,
zabol, bayatı-əcəm, bəhr-nur, şahnaz, dənasəri,
mənsuri, Məsnəvi şöbələrindən
ibarət dəstgah.
Hümayun məqamı (farsca: “cənnət quşu”;
“səadətli”) – Azərb. musiqisində yeddi əsas
məqamdan biri; nəzəriyyədə səssırasının
iki növü göstərilir: Məqamın I növünün
səssırası 1/2 -1.1/2 - 1/2 ton formullu iki tetraxordun
böyük tersiya
(orta ton vasitəsi ilə) birləşməsindən
əmələ gəlir, səssırası 9 pillədən
ibarətdir; IV və VII pillələr məqamın
mayəsi hesab olunur (Ü.Hacıbəyov).
Məqamın II
növünün quruluşu: 1/2 -1- 1/2 ton formullu iki tetraxordun
yanaşı üsulla (artırılmış sekunda
vasitəsi ilə) birləşməsindən əmələ
gəlir. Səssırası 8 pillədən ibarətdir:
II pillə məqamın mayəsi, IV pillə kadensiyalar
üçün səciyyəvi tondur (M.S.İsmayılov).
Hümayun məqamının I növünün səssırası
(do mayəli hümayun).
Loading the player...
- İfa edir: Seyid Şuşinski.
Loading the player...
- İfa edir: B.Mansurov
(tar).
Loading the player...
Loading the player...
- İfa edir: Valeh Rəhimov.