– müxtəlif səslər, pərdələr məcmusunun bir vahid
əsas kök ətrafında
birləşməsi.
Musiqidə hər səsin, hər pərdənin öz
mövqeyi və öz xüsusi keyfiyyəti var. Bu keyfiyyət
ayrı – ayrı pərdələr arasında müəyyən
qarşılıqlı münasibət yaratmış
olur ki, bu da, nəticə etibarı ilə, bütün
pərdələrin Mayəyə doğru olan meyl və
istiqaməti ilə səciyyələnir (Mayə).
Məqam – bir – birinə tərəf meyl göstərən,
yönələn və bir sabit səs (mayə) ətrafında
toplaşan müxtəlif yüksəklikdə (ucalıqda)
olan musiqi sədalarının qarşılıqlı
münasibət sistemindən ibarətdir.