Pərdə


–1. səsdüzümünün ayrılıqda hər bir səsi;

2.bəzi simli musiqi alətlərin (tar, saz, dütar, tənbur və s.) qoluna bağlanılan bölmə. Qoyun bağırsağından nazik kəndir kimi eşilib emal edilir (son vaxtlar tarçılardan bir çoxu pərdəni daha möhkəm və davamlı sayılan kapron sapla əvəz edirlər). İfaçılar şərti olaraq ayrı – ayrı pərdələrə ad vermişlər ki, bu da eyni zamanda həmin musiqi alətində hansı səsin nəzərdə tutulduğunu göstərir (bax: Saz).

3. teatr üçün yazılmış əsərin müəyyən bir hissəsi (məs.: dörd pərdəli opera, üç pərdəli balet).