Hissə
- 1. silsilə formanı əmələ gətirən,
özünəməxsus tempə, tonallığa və əhval-ruhiyyəyə
malik ayrıca pyes. Bəstəkar tərəfindən
xüsusi adla adlandırılır və yaxud da silsilədəki
yerinə görə sıra sayı ilə və yaxud
temp göstəricisinə görə qeyd olunur. Məsələn,
sonatanın birinci hissəsi, Alleqro. 2.Musiqi formasının nisbətən
tamamlanmış, tonallıq və tematik cəhətdən
fərqlənən bölməsi.