Temp
(ital. tempo; lat. tempus - vaxt)
– musiqidə zaman vahidindəki payların (hissələrin)
sayı ilə müəyyən edilən hərəkət
sürətidir. T. musiqi
əsərinin ifasının mütləq sürətini
müəyyənləşdirir.
T. xüsusi italyan terminləri ilə işarə olunur:
məs., allegro, andante, tempo di marsia və s.
Əsərin xarakteri, üslubu, janrı
müəyyən templə bağlıdır. Metronom
vasitəsilə T.-in daha dəqiq təyin edilməsi
mümkündür. T.-in doğru təyin edilməsi
dirijorun bacarığından,
təcrübəsindən, ənənələrə
riayət etməsindən asılıdır.