Metronom
(yunan. metron – ölçü, nomos – qanun; ölcü qanunu)


– metrin ölçüsünü dəqiq göstərmə yolu ilə əsərin tempini dəqiq müəyyənləşdirən cihaz.

M. 1816-cı ildə İ.N.Metsel tərəfindən yaradılmışdır.

M. ifacıya rəqəmlərlə göstərilən tempi dəqiq təyin etməyə kömək edir.