Dirijor
(fr. diriger – rəhbərlik etmək, idarə etmək)
– ansambl (orkestr, xor, opera və s.) musiqisinin öyrənilməsinə
və ifasına rəhbərlik edən şəxs; ifa
olunan əsərin bədii təfsiri D. məxsusdur.
Əvvəllər ansamblın bir üzvü D. rolunda
çıxış edir, ifaçılara yol göstərirdi;
sonralar xüsusi D. meydana gəldi. D. əsərin ifa
xarakterini orkestr üzvlərinə xüsusi hərəkətlə
şərh edir.