Ansambl

(fr. ensemble – birgə, birlikdə)


– 1.İki və daha artıq musiqiçidən, müğənnidən və ya instrumentalistdən ibarət olan, birgə musiqi əsərini ifa edən qrup.

Musiqiçilərin sayına görə A. duet, trio (terset), kvartet, kvintet, sekstet, septet, oktet, nonet, desimet ola bilər; A., həmçinin, xororkestrlərə də aid edilir.

2.Bir neçə iştirakçının ifa etməsi üçün nəzərdə tutulan pyes.

3. Bir neçə iştirakçının birgə ifa etdiyi pyes.

“Yaxşı ansambl” ifadəsi bütöv bir A.-da iştirak edən səslərin və ya alətlərin mükəmməl, həmahəng səslənməsini bildirir.
- Üzeyir Hacıbəyov."Aşıq sayağı". İfa edir: Azərbaycan Dövlət simfonik orkestri.Dirijor -Y.Imanov

- Üzeyir Hacıbəyov."Arşın mal alan" musiqili komediyası. Əsgərin və Gulçöhrənin dueti.