Trio

(ital. trio, tre – üç sözündən)


– 1. Üç ifaçıdan ibarət ansambl; vokal musiqidə - terset.

2. Üç ifaçı üçün nəzərdə tutulan, hər birinin ayrıca partiyası olan musiqi əsəri.

3. Üçhissəli formada yazılmış marş, vals, menuet, skerso kimi musiqi əsərlərində orta bölmənin adı. Qədim dövrlərdə instrumental musiqi əsərlərində kənar hissələr orkestr tərəfindən, orta bölmə isə kontrast səslənmə yaratmaq üçün üç ifaçı tərəfindən ifa olunduğuna görə belə adlandırılırdı.