Partiya
(lat. pars – hissə, qrup)


– 1. Ansamblda bir ifaçı və ya unison şəkildə bir neçə ifaçı tərəfindən ifa olunan notlar.

2. Musiqi əsərinin tərkib hissəsi; məs., operada (digər musiqili səhnə əsərlərində) hər hansı iştirakçının ifa etdiyi rol partiya adlanır.

3. Sonata formasında ekspozisiyanın bölməsi: əsas partiya, köməkçi partiya.