Tonallıq
– müəyyən bir ladın tonikasının adı;
adətən tonallıq dedikdə eynivaxtda lad
və tonika, yəni
ladtonallıq nəzərdə tutulur: məs., do minor,
A-dur və s.
Hər bir tonallıq öz açar işarələri
ilə fərqlənir, yəni səslərin tərkibini
müəyyənləşdirən alterasiya
işarələrinə malikdir.
Major-minor sisteminin
və diatonik melodik
ladların tonallıqları diyez
və bemol işarəli
olur. Açar
işarələrinin artan qaydada düzülüşü
cədvəli daimi və dəyişməzdir; bax: Kvarta-kvinta
dairəsi.