Lad (Məqam)
– Müxtəlif yüksəklikdə yerləşən
səslərin bir-birinə tərəf meyl edərək,
eyni zamanda bir sabit səs - tonika ətrafında birləşməsi;
o cümlədən, həmin səsdən qurulan interval
və ya akkord (adətən
tonika üşsəslisi)
ətrafında cəmlənməsi.
Ladı əmələ gətirən səslər pillə
adlanır və tonikadan (I pillə) başlayaraq, yuxarıya
doğru artan sıra ilə rum rəqəmləri ilə
işarə olunur. Ladın hər bir pilləsi müəyyən
funksiya (vəzifə) daşıyır.
Ladlar bir-birindən səssırasnın quruluşuna
görə fərqlənir, yəni səslər arasındakı
intervalın kəmiyyəti
və keyfiyyəti, həmçinin ayrı-ayrı pillələr
arasındakı qarşılıqlı münasibət
ladın səssırasının quruluşunu müəyyən
edən amildir - bu, ladın quruluş formulu adlanır.
Hər bir lad özünəməxsus adla adlandırılır.
Bax: Melodik ladlar; Major-minor lad sistemi;
Bax:Ladtonallıq; Lad alterasiyası;
Bax:Lad modulyasiyası.