Melodik ladlar


– qonşu pillələrin öz arasında melodik (sekunda) cazibəsinə əsaslanan və bir sabit səsə (tonikaya) dayaqlanan ladlara deyilir.

Bir sıra xalqlarda milli musiqinin əsasını M. ladlar təşkil edir. Onlardan həmçinin bəstəkar yaradıcılığında istifadə olunur.

Diatonik səssırasına əsaslanan M. ladlara lidik, ionik, miksolidik, dorik, eolik lad aiddir.