Alterasiya
(lat. alterare – dəyişmək, dəyişdirmək)
– hər hansı bir səsin adını dəyişmədən
yarımton yüksəlməsi və
ya enməsi.
A. işarələri bunlardır: diyez, bemol, bekar, dubl – diyez, dubl – bemol.
A. işarələri qoyulur:
a) aid olduqları notdan əvvəl; bunlara təsadüfi
işarələr deyilir, yalnız notun yazıldığı
xanənin sonuna qədər, bir oktavada həqiqidir;
b) açardan sonra, not sətrinin əvvəlində; açar
işarələri adlandırılır, pyesin sonuna
qədər və ya işarələrin dəyişməsinə
qədər bütün oktavalarda həqiqidir.
Bax: Tonallıq. Məqam alterasiyası. Açar işarələrinin
dəyişməsi.