Yarımton
– müxtəlif yüksəklikdə
yerləşən iki səs
arasındakı ən yaxın məsafə. Musiqidə
ölçü vahidi
kimi istifadə olunur. İntervalın
həcmi yarımtonlarla (və ya tonlarla) ölçülür.
Bərabər (müntəzəm) temperasiyalı
sistemdə oktava
12 yarımtondan ibarətdir. Yarımtonun iki növü
var: Diatonik
yarımton - ladın
iki qonşu pilləsi arasında əmələ gəlir:
məsələn, mi-fa; sol-lya bemol.
Xromatik yarımton
– ladın hər hansı pilləsi ilə onun dəyişilmiş
şəkli arasında əmələ gəlir: məsələn,
do-do diyez, si-si bekar.