Tar
1. Azərbaycan simli
dartımlı musiqi aləti.
İranda, Orta Asiyada, Dağıstanda və başqa qonşu
ölkələrdə də geniş yayılmışdır.
Lakin Azərbaycan tarı öz quruluşu, konstruksiyası
etibarı ilə, məsələn, İran tarından
xeyli fərqlənir.
XIX əsrin ikinci yarısı Azərbaycan musiqi sənətinin
ən görkəmli nümayəndəsi sayılan Mirzə
Sadıq Əsəd oğlu tar musiqi alətinin konstruksiyasını
elmi – akustik prinsiplər əsasında xeyli
dəyişdirdi.
O, tarın səsini gücləndirmək üçün
simlərinin sayını artırdı; qolun yuxarısında (kəlləyə
yaxın yerdə) əlavə pərdə (zabol
pərdəsi) bağladı; tar ifaçılığı
texnikasında lal – barmaq adlanan priyomdan geniş istifadə
edilməsinə yol açdı; tarı əvvəllərdə
olan adət üzrə diz üstünə qoyub əyilərək
çalmaq qaydasını aradan qaldırdı və tarı
sinə üstünə alıb çalmağı daha
münasib, daha yararlı hesab etdi.
2. ərəb ölkələrində: dəf;
3. sim;