Qol
– simli musiqi alətlərin
(tar, kamança, saz, ud və s.) çanağına
nəsb olunmuş hissə. Çalğıçı
barmaqları ilə qolun üzərindəki simləri
sıxır. Simlər uzun – qısa
vəziyyət alır ki, bununla da çalğı aləti
səslərinin müxtəlif yüksəklikdə olması
əldə edilir.