Ud

– Yaxın Şərq xalqlarının mizrabla çalınan ən qədim simli, dartımlı musiqi aləti. Ərəbistan, Türkiyə və qismən İran ölkələrində çox geniş intişar tapmışdır. Orta əsrlərdə bütün Yaxın Şərq xalqları musiqisində udun tutduğu mövqe Avropa musiqisində klavesinin tutduğu yer qədər əhəmiyyətli olmuşdur.

Ud əsrlər boyu müxtəlif surətdə islah edilmiş və onun konstruksiyası tez – tez dəyişdirilərək təkmilləşdirilmişdir.

Müasir ud altı simli musiqi alətidir. Bunlardan beşi qoşa, altıncısı isə tək qoşulur. Simlərin düzülüş və yerləşdirilməsi çox qəribədir: ortada melodik, yəni musiqinin əsil havasını (modulyasiyasını) çalan simlər, yanlardan isə (hər iki tərəfdən dəm saxlayan) bəm simlər (alikvot simlər) qoşulur.