Tənbur
– üç simli
dartımlı musiqi aləti. Zahiri görünüşü
sazı andırır, lakin çanağı
sazınkına nisbətən xeyli kiçik, qolu isə
sazınkından bir qədər uzun olur. Tənburun birinci
və üçüncü simi eyni yüksəklikdə
(unison), ortancı simi isə bir kvarta aşağı köklənir.
Simləri sağ əlin şəhadət barmağına
taxılan polad halqa üzərindəki qarmaqla dartılıb
ehtizaz etdirilir – səsləndirilir. Tənburun bu mizrabı
naxunək adlandırılır.