Mayə


– 1.məqamın əsas sabit pərdəsi;

2. dəstgahların birinci şöbəsi. Muğamat ifaçılığında bir qayda olaraq bəm registrdən zilə doğru, şöbədən şöbəyə keçərək dəstgahın inkişafı prosesi hər nə qədər davam etdirilərsə etdirilsin, – muğamın mayəsi öz cazibə qüvvəsinin əvvəl axır üstün gələcəyini göstərəcək, – dəstgah nəticədə yenə də mayəyə qayıdıb yenidən, məhz mayədə, mayə pərdəsində tamamlanacaqdır;

3.Yaxın Şərq xalqları musiqisinin əsasını təşkil edən altı avazatdan biri.



Loading the player...
- İfa edir: Valeh Rəhimov.