Məqam pərdələri


– məqamın (ladın) səssırasında müəyyən ad və vəzifə daşıyan pərdələr. Məqamın pərdələri tonikadan başlayaraq, yüksələn istiqamətdə rum rəqəmləri ilə nömrələnir. Məqam səssırasında yeri və vəzifəsi tonikaya nisbətən müəyyən olunur və adlandırılır.

I pərdə - tonika; V pərdə - dominanta; IV pərdə - subdominanta; III pərdə - üst medianta; VI pərdə - alt medianta; II pərdə - üst çatdırıcı (aparıcı) ton; VII pərdə - alt çatdırıcı (aparıcı) ton.