Məsnəvi


– 1.Azərb. kl. mus-də: mahur dəstgahının sonunda Şüştər ilə Suzi-güdaz arasında bulunan şöbə (haman şöbə rahab dəstgahının sonunda, yenə də Şüştər ilə Suzi-güdaz arasında ifa olunduqda – Məsnəviyi-səqil adlandırılır);

2.İran musiqisində:

a) şur dəstgahının son şöbəsi;

b) Bayatı-İsfahan muğamının üşşaq ilə ibadət (məsnəvinin başqa variantı) guşələri arasında yerləşən şöbəsi.

- İfa edir: Valeh Rəhimov.