Mahur
(hərf. far. uçurum, dərin yarğan)


– 1.Azərbaycan klassik musiqisində: mahur, şur, əşiran, dilkəş, dügah, zəng-şütür, hicaz, Mavərənnəhr, şahnaz, Hacı Yuni, sarənc, Şüştər, Məsnəvisüzi-güdaz şöbəguşələrindən ibarət dəstgah; hazırda Azərbaycan musiqisində mahurun iki növü işlənir:

I–Mahur-hindi (Leyli və Məcnun operasından səhnə);

II–Orta mahur.

Mahur-hindinin tonallığı tarın hansı kökdə olmasından asılıdır, yəni əgər tarın ağ simi birinci oktavanın do səsi üzərində köklənmişsə, Mahur-hindi do-major kökündə oxunacaqdır. Orta mahur isə mahur-hindidən bir kvarta yuxarı (fa-major) ifa olunmalıdır.

Melodik cəhətdən Mahur-hindi ilə Orta mahur arasında əslində heç bir fərq olmamalıdır. Halbuki Azərbaycan muğamatını yaxşı mənimsəyə bilməyən bəzi həvəskar nəğməkarlar çox vaxt mahur-hindinin quruluşu ilə rastın (xüsusilə mayədə) melodik xüsusiyyətinə fərq qoymamaqla yanlışlığa yol vermiş olurlar.

Hazırda mahur dəstgahı aşağıdakı əsas şöbələrdən ibarətdir: Bərdaşt, mayə, üşşaq, Hüseyni, vilayəti, şikəsteyi-fars, əraq, pəncgah, qərai;

2.Müasir İran musiqisində: mahur yeddi əsas dəstgahdan biridir. Onun tərkibinə dad, məclis-əfruz, Xosrovani, dilkəş, xavəran, tərəbəngiz, nişapurək, Murad-xani, Nəsir-xani (ya da Tusi), Azərbaycani, fili, zirəfkənd, əbul, hasar-mahur, niiriz, nəcib, Əraq, mühəyyər, aşuravənd, İsfahanək, həzin, nəğmə, zəngulə, rak, rak-Keşmir, rak-Abdulla, saqinamə, sofinamə kimi şöbəguşələr daxildir.
- İfa edir: Xan Şuşinski və XÇA.
- İfa edir: Valeh Rəhimov.