Zəngulə
(hərf. far. – zınqırov, xırda zəng, cınqral)
– 1. Yaxın Şərq xalqları klassik musiqisinin əsasını
təşkil edən 12 muğamdan
doqquzuncusu;
2.Azərbaycan vokal
musiqi yaradıcılığında geniş istifadə
olunan bəzək və zinət priyomlarından biri.
Xanəndə və aşıq ifaçılığında
avazın yekrəng səslənməsi və dinləyiciyə
daha artıq xoş gəlməsi üçün oxunan
muğam, qoşma və sairənin melodiyasında
təğənni olunan ayrı – ayrı səsin yüksəliyi
etibarı ilə ona ən yaxın qonşu
səslər ilə növbələndirilməsi.