Hicaz


– 1.Yaxın Şərq xalqları musiqisinin 12 əsas muğamdan on ikincisi;

2. XIX əsr Azərbaycan musiqisində rast dəstgahında bal-kəbutər ilə şahnaz arasındakı, rəvahi dəstgahında bal-kəbutər ilə Bağdadi arasındakı, çahargah dəstgahında Mavərənnəhr ilə şahnaz arasındakı əsas muğam şöbəsi;

3. şur dəstgahında səmayi-şəms zərbi muğamı ilə sarənc arasındakı şöbə;

4. İran mus-də: Əbu-Əta muğamının əsas şöbələrindən biri.
- İfa edir: Valeh Rəhimov.