Çahargah
(far. hərf. çahar dörd + gah mövqe, məkan,
vəziyyət)
Yaxın Şərq xalqları musiqisində nə çox
şöhrət qazanmış muğamlardan biri, Yaxın
və Orta Şərq xalqları musiqisinə mənsub
muğam kökü (məqamı). Qədim musiqi alimlərinin
fikrincə, çahargah məqamı göy gurultusu ilə
əlaqədar olaraq yaradılmışdır (M.M.Nəvvab
Vüzuh-ül-ərqam).
Ü.Hacıbəyov çahargah məqamının dinləyicidə
coşqunluq və ehtiras hissi oyatdığını
qeyd edir (Ü.Hacıbəyov Azərbaycan xalq musiqisinin əsasları).
XIX əsr Azərbaycan musiqisində çahargah dəstgahı
aşağıdakı muğam şöbələrindən
ibarət idi: çahargah, segah, zabol-segah, yədi-hasar, müxalif, məğlub, mənsuriyyə, zəmin-xara, mavərənnəhr, hicaz, şahnaz, Azərbaycani, əşiran, zəng-şötör
və kərkuki.
Hazırda dəstgahın yığcam və lakonik ifası
məqsədilə: bərdaşt, mayəyi-çahargah,
bəstə-nigar, hasar, müxalif, məğlub, mənsuriyyə
(zərbi muğam) ilə kifayətlənilir.
İran mus.-də: çahargah dəstgahı dəraməd,
piş-zəngulə, zəngulə, nəğmə,
zabol, bəstə-nigar, muyə, hasar, müxalif, məğlub,
hodi, pəhləvi, rəcəd (ərcuzə) və
mənsuri şöbələrindən ibarətdir.
Mühazirə: Əfrasiyab Bədəlbəyli.
Çahargah məqamı ( farsca hərfi mənası:
çahar dörd + gah mövqe, məkan, vəziyyət)
1. Azərb. musiqisində yeddi əsas məqamdan biri
(Ü.Hacıbəyov). Quruluşu: 1/2 1. 1/2 1/2 - ton
formullu üç tetraxordun qovuşuq və yanaşı
üsullarla (I və II tetraxordlar qovuşuq, II və
III tetraxordlar yanaşı üsülla) birləşməsindən
ibarətdir; səssırası 11 pilləlidir, IV pillə
mayə (tonika) pilləsidir.
Məqamın səssırasının II, IV, VI, VIII,
IX (IX#), XI pillələri istinad-dayaq pilləsi kimi Çahargah
muğamının şöbələrinin əsasını
təşkil edir; bu məqamda qurulan musiqi nümunələri
həmin pillələrə əsaslanır. Do çahargah
məqamının səssırası:
- Not yazısı Nəriman
Məmmədovundur.
Loading the player...
- İfa edir: Zahid Quliyev.
Loading the player...
- İfa edir: Valeh Rəhimov.
Loading the player...
- Mühazirə: Ramiz Zöhrabov.
Loading the player...
- İfa edir: İslam Rzayev.
Müşayiət edir: İstrumental ansambl. Konsertmeyster
- Firuz Əliyev (tar).
Loading the player...
- Çahargah. Asəf Zeynallı.
İfaçı - Murad Adıgözəlzadə.