Zəmin-xara
(hərf. far. – qayalıq yer, tikanlı torpaq)
– 1. Azər. kl. mus-də: rast dəstgahında
mənsuriyyə
ilə rak-hisar arasında; rahab dəstgahında bayatı-Qacar ilə Mavərənnəhr arasında; çahargah dəstgahında mənsuriyyə ilə Mavərənnəhr
arasında yerləşən şöbə;
2. Şur muğamında
səmayi-şəmsdən
sonra oxunan şöbə. Son dərəcə yanıqlı,
niskilli və təsirli intonasiyası olan bir muğamdır.
Məhz buna görə də təziyə və başqa
dini ayinlərdə oxunan mərsiyə
və minacat əsas etibarı ilə zəmin-xara üstündə
tərtib olunur.
- İfa edir: Valeh Rəhimov.
- "Leyli və Məcnun"
operasından