Rast
(hərf. düz, dürüst, müstəqim, düzgün)
1. Yaxın Şərq xalqları klassik musiqisinin 12
muğamından biri.
Qədim musiqişünaslar rastı muğamların
anası adlandırmışlar. Rast
muğamı nəinki öz adını və kökünün
səsdüzümünü, hətta öz tonikasının
(mayəsinin) ucalığını belə zəmanəmizə
qədər mühafizə edib saxlaya bilmişdir. (Ü.Hacıbəyov. Azərbaycan xalq musiqisinin əsasları).
2.Azərb. mus-də: novruz-rəvəndə, rast, üşşaq,
hüseyni, vilayəti (bəzən dilkəş),
xöcəstə, xavəran, əraq, pəncgah, rak, əmiri və məsihi şöbələrindən
ibarət dəstgah;
3.İran mus-də: bax: Rast-pəncgah.
Rast məqamı (mənası: doğru, dürüst,
müstəqim, düzgün) Azərb. musiqisində
yeddi əsas məqamdan birincisi (Ü.Hacıbəyov).
Quruluşu: 1-1- 1/2 ton formullu üç tetraxordun qovuşuq
üsulla (x.1 - intervalı məsafəsində) birləşməsindən
ibarətdir; səssırası 10 pilləlidir, IV pillə
mayə (tonika)
pilləsidir. Məqamın
səssırasının IV, VI, VII, VIII pillələri
istinad-dayaq pilləsi kimi Rast muğamının şöbələrinin
əsasını təşkil edir; bu məqamda qurulan
musiqi nümunələri xalq
mahnıları, rəqsləri, aşıq
havaları həmin pillələrə əsaslanır.
Do rast məqamının səssırası:
- Not yazısı Nəriman
Məmmədovundur.
Loading the player...
- Niyazi. "Rast". Simfonik muğam. İfa edir:
P.İ.Çaykovski ad. BSO. Dirijor: Y. Adıgözəlov
Loading the player...
- İfa edir: İslam Rzayev.
- İfa edir: Xan Şuşinski.
Loading the player...
- Mühazirə - Ramiz Zöhrabov.
Loading the player...
- İfa edir: Ağaxan Abdullayev,
Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov
(kamança).