Xalq mahnısı
–vokal musiqi janrı. Xalq mahnıları qədim
dövrlərdən bəri yaranaraq, şifahi surətdə,
yaddaş vasitəsilə nəsildən-nəslə
keçmiş və təkmilləşərək, dəyişilərək
müxtəlif variantlarda müasir dövrə gəlib
çatmışdır.
Xalq mahnılarının sözlərinin və musiqisinin
müəllifləri məlum deyil. Çox zaman bu mahnılar
insanların hiss və duyğularının ifadəsi
olaraq yaranır. Xalq mahnısı xalqın arzu və
düşüncələrini, onun dünyagörüşünü,
həyat tərzini və məişətini, əmək
prosesini, adət və ənənələrini, mərasimlərini
əks etdirir.
Növləri:
a) Əmək mahnıları
- əkinçiliklə, maldarlıqla, sağıcılıqla,
xalçaçılıqla və digər xalq sənət
növləri ilə bağlı mahnılar.
b) Mərasim mahnıları – mövsüm (təqvim)
mərasimlərilə bağlı mahnılar: yazın
gəlməsi ilə qeyd olunan Novruz mərasimində
oxunan mahnılar; ailə mərasimləri ilə - toy
və matəm mərasimləri
ilə bağlı mahnılar.
c) Məişət mahnıları – beşik
mahnıları: laylay, ninni, oxşama; uşaq mahnıları,
lirik mahnılar, yumorlu
və satirik mahnılar.
d) Tarixi mahnılar – xalq qəhrəmanları
və tarixi hadisələrlə bağlı mahnılar.
- "Aman nənə". İfa
edir: Dövlət mahnı və rəqs ansamblı
- "Qaçaq Nəbi". İfa
edir: Bülbül
- "Gözəlim sənsən".
İfa tdir: Q.Rüstəmov