Rak
(ər. – əsas, dayaq)
– 1. rast dəstgahında
pəncgah şöbəsi
ilə xavəran
guşəsi arasındakı
epizod; başqa variantlara
görə, yenə də rast dəstgahında xöcəstə
şöbəsindən sonra (saqinamədən əvvəl)
rak-hindi, rak-Xorasani guşələri ifa olunur;
2.qədim kl. mus-də: rast və mahur
dəstgahlarının axırında (spn şöbəni
ifa etdikdən sonra) mayəyə
qayıtmazdan əvvəl bir qayda olaraq hökmən rak-Abdulla
adlanan guşədə dayanmaq lazım gəlirdi. Rak-Abdulla,
rak-Xorasani və rak-hindi adlanan guşələr əslində
eyni melodik gəzişmənin müxtəlif variantlarıdır.
- Ifa edir: Valeh Rəhimov.