Şur
– Azərbaycan xalq musiqisində əsas muğamlardan biri.
Şur muğamının kökü aşıq
musiqi yaradıcılığında da görkəmli
yer tutur – aşıq mahnılarının çoxu məhz
şur kökündə olur. Azərbaycan
xalq mahnıları, oyun
havaları və başqa instrumental
formalar (cəngi, qəhrəmani, koroğlular və s.) da çox vaxt şur
muğamı kökündə yaradılır.
Dəstgahlar içərisində
də şur ən böyük həcmli, ən sanballı
dəstgah sayılır. Belə ki, özlüyündə
müstəqil bir dəstgah mahiyyəti kəsb etmiş
şur-şahnaz, Əbu-əta, dəşti, bayatı-türk kimi kiçik dəstgahlar
da əslində şura mənsub muğamlardır. Başqa
dəstgahlara nisbətən şurun zərbi
muğamları da çoxdur (səmayi-şəms, ovşarı, osmanlı (maani), arasbarı və s.).
Ən lakonik şəkildə verilmiş olsa, şur
dəstgahı tərkibinə aşağıdakı
şöbə və guşələr
daxildir: mayə, səlmək, Hacı Yuni, şur-şahnaz, busəlik, bayatı-Qacar (bayatı-türk), şikəsteyi-fars, əşiran, səmayi-şəms, zəmin-xara, hicaz, sarənc, nişib-fəraz.
Şur məqamı (mənası: eşq, sevgi)
– Azərb. musiqisində yeddi əsas məqamdan biri (Ü.Hacıbəyov).
Quruluşu: 1 - 1/2 - 1 ton formullu üç tetraxordun qovuşuq
üsulla (x1- intervalı məsafəsində) birləşməsindən
ibarətdir; səssırası 10 pilləlidir, IV pillə
mayə (tonika) pilləsidir.
Məqamın səssırasının III, IV, VI, VII,
VIII pillələri istinad-dayaq pilləsi kimi “Şur”
muğamının şöbələrinin əsasını
təşkil edir; bu məqamda qurulan musiqi nümunələri
həmin pillələrə əsaslanır. Re şur
məqamının səssırası:
Loading the player...
- İfa edir: Arif Babayev.