Oyun havası
– xalq rəqslərini
müşayiət üçün çalınan musiqi.
Melodik quruluşu etibarı ilə azəri məqamları
əsasında yaradılan azəri xalq oyun havaları
(“Tərəkəmə”,
“Mirzəyi”, “Lalə”, “Ceyranı”, “Bənövşə”,
“Vağzalı” və s.) bir qayda olaraq ritmik ardıcıllığa
və müəyyən ölçünün (vəznin)
daimi surətdə təkrarlanmasına əsaslanır.
Azəri oyun havalarının
ritmik çevrəsi bir çox hallarda daxilən ikiqisimli
zərblə üçqisimli
zərbin ardıcıl surətdə növbələşməsi
əsasında təşkil olunur. Yəni əsas etibarilə
əksərən 6/8 (ikiqisimli) musiqi ölçüsündə
olan eyni oyun havasının ritmik quruluşu 3/4 (üçqisimli)
ölçü ilə
növbələşir. Bu da azəri xalq oyun havalarının
orijinallığını və gözəl bir xüsusiyyətini
təşkil edir.