Tərəkəmə

 


- Azərbaycan xalq oyun havası. Adından da məlum olduğu üzrə, tərəkəmə azəri köçəri maldarlarının bayram şənliklərində, toy – büsatında ifa etdikləri rəqsləri müşayiət edən diringilərdən biridir; segah muğamı kökündə olan oyun havasıdır.

Ü.Hacıbəyov “Arşın mal alan” musiqili komediyasının üçüncü pərdəsində Asyanın rəqsi üçün tərəkəmə oyun havasından istifadə etmişdir.

Ə.Bədəlbəylinin “Qız qalası” baletində birinci pərdənin müqəddiməsi “Qars” və tərəkəmə oyun havalarının həmsaz səslənən sədaları ilə başlanır.

- İfa edir: Ş.İmanov.