Segah
(far., hərf. se – üç + gah – mövqe, məkan, vəziyyət)


– Yaxın və Orta Şərq xalqları musiqisində çox işlənən muğamlardan biri.

Bir dəstgah olaraq segah Azərbaycanda daha geniş yayılmış muğamlardan biridir. Eyni zamanda segah bir məqam kimi də Azərbaycan musiqisində mühüm yer tutur. Azərbaycan xalq mahnıları, oyun havaları, eləcə də aşıq musiqi yaradıcılığına mənsub musiqi formajanrlarından bir çoxu məhz segah kökündə yaranmışdır.

Yaxın və Orta Şərq ölkələri musiqisində segah yalnız tək bir növdən ibarət olduğu halda, azəri musiqisində segahın əsas etibarı ilə üç növü vardır:

1.Zabol segah;

2.Xaric segah;

3.Mirzə Hüseyn segahı.

Segah məqamı (farsca hərfi mənası: se – üç + gah – mövqe, məkan, vəziyyət) –Azərb. musiqisində yeddi əsas məqamdan biri (Ü.Hacıbəyov). Quruluşu: 1/2 - 1-1 ton formullu üç tetraxordun qovuşuq üsulla (x.1 – intervalı məsafəsində) birləşməsindən ibarətdir; səssırası 10 pilləlidir, IV pillə mayə (tonika) pilləsidir, II pillə əsas ton əhəmiyyətini daşıyır.

Məqamın səssırasının II, IV, VI, VII, VIII, IX pillələri istinad-dayaq pilləsi kimi “Segah” muğamının şöbələrinin əsasını təşkil edir; bu məqamda qurulan musiqi nümunələri - xalq mahnıları, rəqs melodiyaları, aşıq havaları həmin pillələrə əsaslanır. Mi segah məqamının səssırası:



Loading the player...
- İfa edir: Mütəllim Mütəllimov.
Loading the player...

- Mühazirə: Ramiz Zöhrabov.

Loading the player...
- İfa edir: A.Babayev.

Loading the player...


- "Leyli və Məcnun" operasından

Loading the player...
- İnstrumental muğam "Segah". İfa edir: B.Mansurov (tar)