Bal–Kəbutər
(far. hərf. bal – qanad, kəbutər – göyərçin)
– 1.Şur və hümayun dəstgahlarının mayəsində
hər bir musiqi cümləsini ayrılıqda tamamlamaq
üçün (kadans) hər dəfə zildən bəmə
doğru kvarta intervalının çalınması (məsələn:
tarda iki dəfə boş ağ simin və sonra bir dəfə
boş sarı simin vurulması);
2.Orta əsr Azərbaycan klassik musiqisində rast və rəvahi (rahab)
dəstgahlarında Mavərənnəhr ilə Hicaz şöbələri arasında
ifa olunan guşə;
3.Müasir azəri xalq musiqisində çahargah mayəsində
çalınan instrumental epizod.
- İfa edir: Valeh Rəhimov.