Kadans
(fr. cadence; ital. cadenza; lat. cado – tamamlanıram)
– musiqi quruluşunu tamamlayan və ritmik
dayanma ilə müşayiət olunan harmonik
ifadə. K. mühüm tamamlayıcı vasitə olmaqla
yanaşı, həm də musiqi
əsərinin hissələrə
bölünməsi üçün vacib amildir.
K.-ın növləri: avtentik kadans, bitməmiş kadans,
plaqal kadans, tam kadans, yarım kadans, qırıq kadans,
sadə kadans, sadə avtentik kadans, sadə plaqal kadans,
mürəkkəb kadans, bitməmiş kadans, yalan kadanslar.