Harmoniya

(yunan. harmonia – ahəngdarlıq, uyğunluq, mütənasiblik)


– 1.Eyni zamanda səslənən tonların qanunauyğun ahəngdarlığı;

2.Musiqi kompozisiyasında akkordların düzgün qurulması üsullarından bəhs edən elm;

3.Ayrı-ayrı akkordları və ya ahəngləri, səsbirləşməsini xarakterizə etmək üçün istifadə olunan məfhum (məs., “gözəl harmoniya”, “kəskin harmoniya” və s.)

4.Bir bəstəkarın musiqisi üçün xarakter olan, müəyyən bir əsərdə öz əksini tapmış ifadəli akkordlar və səsbirləşmələrinin səciyyələndirilməsi.