Alət
- musiqi aləti. Müəyyən tembrli musiqi səsləri
əldə etmək üçün xüsusi qurğu.
Musiqi alətləri səsçıxarma imkanlarına
və quruluş xüsusiyyətlərinə görə
fərqlənir.
Simli musiqi alətləri – simlərin səsləndirilməsi
üsullarına görə növlərə bölünür:
kamanlı alətlər – skripka, alt (viola), violonçel,
kontrabas;
dartımlı alətlər – arfa;
mizrablı alətlər
zərbli alətlər
Nəfəsli
musiqi alətləri (üfləmə alətlər)
– havanın alətin daxilinə üfürülməsi
(nəfəs verilməsi) üsulu ilə səs əldə
olunur, hazırlanma materialına görə növlərə
bölünür:
mis alətlər – truba, kornet, trombon, tuba, valtorna və
s.
ağac alətlər – fleyta,
hoboy, klarnet, faqot və s.
Quruluşuna görə növləri: dəlikli alətlər,
qamış dilçəkli alətlər, müştüklü
alətlər.
Zərb alətləri
– alətin gövdəsinə vurulmaqla səs əldə
edilir, səslənməsinə görə aşağıdakı
növlərə bölünür:
köklənən alətlər (müəyyən səsyüksəkliyinə
malik zərb alətləri) – litavrlar, ksilofon, zəng
(kolokol, kolokolçik).
köklənməyən alətlər (qeyri-müəyyən
yüksəklikli zərb alətləri) – kiçik və
böyük barabanlar, kastanyetlər, tam-tam və s.
Quruluşuna görə növləri: plastinkalı alətlər,
zarlı (pereponkalı) alətlər.
Klavişli (dilli) alətlər – xüsusi mexanizmlə
təchiz olunmuş alətlər olub, səsçıxarma
üsullarına görə fərqlənir. Növləri:
klavişli-zərbi alətlər: fortepiano;
pnevmatik-klavişli alətlər: akkordeon, qarmon;
Alətlərin səslənmə registrinə görə
növləri: bas alətlər, soprano alətlər,
tenor alətlər.
Alətlərin quruluşuna görə növləri:
natural alətlər, transpozisiyalı alətlər.
Müxtəlif xalqların musiqisində istifadə olunan
çoxsaylı simli, nəfəs və zərb alətləri
mövcuddur.
Azərbaycan xalq musiqi alətləri:
simli alətlər: tar, saz, ud, tənbur (mizrablı alətlər);
kamança (kamanlı alət); qanun, çəng (dartımlı alətlər);
səntur (simli-zərbi alət) və
s.
nəfəs alətləri: zurna, tütək, ney, balaban və s.
zərb alətləri: nağara, qoşa nağara,
qaval, dəf və s.