Santur
– simli, zərbli
musiqi aləti.
Zahiri görünüşü bir qədər qanon (bax) musiqi
alətini andırır. Konstruksiyası etibarı ilə
də qanon ilə ümumi cəhətləri var. Santurun
da qanonda olduğu kimi, bir tərəfdən xərəyi
bükülüb açılır və beləliklə,
üzərində duran simin uzunluğu dəyişilmiş
olur; santurun ayrı – ayrı səs
ucalığında olan simləri
tək, qoşa, ya da içəri qoşulur.
Santur iki yüngül, zərif yonulmuş kiçik çubuğun
simlərə vurulması ilə səsləndirilir. Santur
vaxtilə Azərbaycanda çox geniş intişar tapmışdı.
Sonralar tədriclə öz mövqeyini itirmişdir.
|
|