Tütək
– üfləmə
ağac musiqi aləti. Qarğı ya içi boş
çubuqdan hazırlanır. Quş dimdiyi tərzində
olan bir ucuna ağacdan yonulmuş tıxac nəsb olunur.
Tütəyin qabaq (üst) tərəfində 7 dəlik
açılır ki, bunların qapanıb açılması
ilə də səslərin ucalığı dəyişilir.
Bir dəlik də tütəyin dal (alt) tərəfində olur.
Tütəyin səsdüzümü diatonik, diapazonu isə bir oktava həcmindədir.
Tütək əsas etibarı ilə çobanların
daha çox çaldıqları musiqi
alətidir. Tütəyin sədasına alışmış
mal – qara və qoyun sürüsü otlağa yönəlir,
suvarılmağa gedir və toran qarışan zaman kəndə
qayıdır.