Alt
(lat. altus –tenora nisbətən zil səs)
- orta əsrlərdə tenora xor musiqisində əsas oxuma partiyası
həvalə olunurdu.
1.Alçaq qadın səsi: kontralt kimi.
2.Xorda – kontralt və ya messo – soprano kimi.
3.Alçaq uşaq səsi; diapazonu kiçik oktavanın lya səsindən
ikinci oktavanın mi səsinə kimi geniş həcmdədir;
notlar skripka açarında yazılır.
4.Skripkaya oxşar yayla çalınan simli musiqi aləti, lakin böyük
ölçüdə olduğundan daha alçaq registrdə
səslənir (ital. viola). Simlərin düzülüşü:
IV–c, III–g, II–d, I–a; skripkanın düzülüşündən
1 kvinta aşağı; kiçik oktavanın do səsindən
üçüncü oktavanın mi səsinə qədər
diapazonda daha çox istifadə olunur; notlar alt və skripka
açarlarında yazılır.
A.-da çalma üsulları və ştrixləri skripkada
olduğu kimi eynidir, lakin səsi daha az parlaqdır; solo
alət kimi az rast gəlinir;
A. qruppasından simli və simfonik orkestrlərdə istifadə olunur.
A. – simli kvartetin vacib üzvüdür, kamera ansambllarında
da istifadə olunur.
Partituralarda A. partiyası skripkanın
partiyasından aşağıda yazılır.
5.Oval formalı, genişmenzuralı mis nəfəs aləti.
Diapazonu böyük oktavanın lya səsindən birinci
oktavanın si–bemol səsinə kimidir. A. in Es – də
1 tondan başqa tona keçən alətlərə aiddir;
notlar skripka açarında, səslənməsindən
böyük seksta yüksəkdə yazılır.
A. nəfəsli orkestrlərdə və ansambllarda istifadə
olunur, müşayiət edən orta səslərdən
birini ifa edir.
6. Çoxsəsli musiqidə səslənməyə görə
ikinci yüksəkliyin istifadə olunan adı, yəni
– alt səsi.