Partitura
(ital. partitura – bölünmə, paylaşma)


ansambl musiqisinin not yazısı. Partiturada ansambl iştirakçılarının partiyaları bir-birinin altında elə yazılır ki, eyni vaxtda səsləndirilən partiyalar bir vertikal üzrə yerləşir.

Partiturada partiyaların düzülüş sırası belə olur: adətən hər bir alətlər qrupu daxilində yuxarıdan aşağıya doğru, registrinə görə ən yüksək səsli alətlərdən başlayaraq, daha qalın səsli alətlərə kimi ardıcıllıqla.

Simfonik partiturada alətlərin yuxarıdan aşağıya doğru düzülüş qaydası:

– ağac nəfəsli alətlər qrupu: fleytalar, hoboylar, klarnetlər, faqotlar;
– mis nəfəsli alətlər qrupu: valtornalar, truba, trombon, tuba;
– zərb alətləri qrupu: litavralar, qeyri-müəyyən səsyüksəkliyinə malik alətlər (üçbucaq, kastanyet, baraban, tam-tam və s.), müəyyən səsyüksəkliyinə malik alətlər (zənglər, ksilofon, çelesta);
– əlavə olunan alətlər: arfa, fortepiano, orqan;
simli alətlər qrupu: birinci və ikinci skripkalar, violalar, violonçellər, kontrabaslar.

Q.Qarayev. Partitura.

- Rast muğamı. Not yazısı Nəriman Məmmədovundur.