Fleyta
(ital. flauto – külək, meh)
– ağac nəfəsli alət.
Qədim tarixə malikdir. Keçmişdə qamışdan
düzəldilən fleytanı şaquli (uzununa) tutaraq
çalırdılar. Əsrlər boyu bu alət təkmilləşdirilmişdir,
hal-hazırda üfqi (eninə) vəziyyətdə tutularaq
çalınır. 1832-ci ildə alman fleytaçısı
T.Byom tərəfindən təkmilləşdirilmişdir.
İncə, məlahətli tembrə malikdir. Diapazonu birinci oktavanın do notundan dördüncü
oktavanın do notuna kimidir.
İnstrumental ansamblların və simfonik orkestrin tərkibində mühüm
yer tutur. Fleytanın növü – fleyta pikkolo – daha nazik
və incə yüksək səsli alətdir.