Tembr

(frans. timbre – fərqlənmə, nişan)


– səsin rəngidir. T. – obertonların müxtəlif uyğunluğu, uzlaşmasıdır.

Səsin tembri – musiqiyə dərin ifadəlilik verir, musiqinin bədii ifadə vasitələrindən birini təşkil edir.

Vokal ifaçılıqda T. mühüm faktor olub, mimika və intonasiya ilə sıx bağlıdır.

İnstrumental musiqidə - hər bir alət özünəməxsus səs tembri ilə fərqlənir.