Obertonlar

(alm. obertöne – yuxarı tonlar)


əsas tonun tərkibinə daxil olan əlavə səslənmələrdir ki, bunlar simin, yaxud hava sütununun titrəyişi nəticəsində əmələ gəlir.

O. əsas tondan yuxarıda səslənir. Titrəyişin tezliyi əsas tonun titrəyiş tezliyindən bir neçə dəfə artıqdır.

O. səsin və alətin tembrini dəyişir. Bəm səsə dolğunluq yumşaqlıq, yuxarı səslərə cingiltilik, kəskinlik gətirir.