Xalq musiqi alətləri

 


– xalq tərəfindən yaradılan və xalq məişətində geniş yayılmış musiqi alətləri; həm xalq ifaçılığında, həm professional musiqidə istifadə olunur; həm də musiqi həvəskarları tərəfindən çalınır.

Xalq musiqi alətləri səsləndirmə və quruluşuna görə simli, nəfəsli və zərb alətlərinə bölünür.

bax: Alət; Musiqi alətləri.

Azərbaycan xalq musiqi alətləri: simli – tar, saz, ud, qanun, kamança və s. nəfəsli – zurna, balaban, ney, tütək və s. zərb alətləri – nağara, qoşa nağara, dəf, qaval və s.